Şimali Koreyada ilk dəfə koronavirus aşkarlandı

  Şimali Koreyada ilk dəfə koronavirus aşkarlandı
  12 May 2022    Oxunub:787
Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib.
AzVision.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumatda deyilir.

“Mayın 8-də paytaxtda toplanmış nümunələrin analizlərinin nəticələri diqqətlə araşdırıldıqdan sonra onların son vaxtlar bütün dünyada sürətlə yayılan “omikron” ştammı BA.2 yarımtipi ilə üst-üstə düşməsi qərara alınıb”, - xəbərdə bildirilir.

Hadisə ilə əlaqədar KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb. Əvvəllər respublikanın hakimiyyət orqanları koronavirusa yoluxma hallarının aşkarlanması barədə məlumat vermirdilər.

Lakin 2020-ci ilin iyulunda da Koreya Mərkəzi Teleqraf Agentliyi bu barədə məlumat yayıb. Həmin vaxt Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazırda hakimiyyət orqanları virusa yoluxduğu şübhə edilən bu şəxsin əlaqədə olduğu adamları müəyyənləşdirir.

AzVision.az


Teqlər: Şimali-Koreya  



Xəbər lenti