Sarkisyan-Köçəryan cütlüyünün sevimli generalı niyə həbs edildi?

     Sarkisyan-Köçəryan cütlüyünün  sevimli generalı niyə həbs edildi?
  12 May 2022    Oxunub:1384
Xəbər veridiyimiz kimi dünən Xankəndidə erməni general həbs edilib. Qarabağda mövcud olmuş keçmiş separatçı rejimin "Müdafiə Ordusu" komandirinin keçmiş müavini olan Samvel Karapetyan (Oqanovski) adlı həmin şəxsin həsbinin səbəbləri bəlilli olub. "Hraparak" nəşri yazır ki, o, bir qrup gəncin olduğu avtomobilə atəş açıbmış.
"Xankəndidəki atışmaya görə general Karapetyan həbs edilib" - Erməni mediası
"Mənbələrimiz bildirir ki, atışmadan əvvəl generalla gənclər arasında dava düşüb. Karapetyan avtomobilini rəhbərlik etdiyi “Artsax" Azadlıq Döyüşçüləri İttifaqı” ictimai təşkilatının qarşısında saxlamağa çalışıb və giriş bağlı olduğu üçün gənclərdən avtomobillərini yan tərəfə keçirmələrini istəyib. Bu əsnada mübahisə başlayıb, Karapetyan atəş açıb. Güllələr asfalta və maşının qapısına dəyib. Faktla bağlı cinayət işi başlanıb. Prokurorluq əslində S. adlı şəxsin saxlanıldığını bəyan edib", - məqalədə yazılıb.

Qeyd edilir ki, Oqanovskinin həbsi xəbəri rəsmi olaraq təsdiqləməsə də, hüquq-mühafizə orqanlarındakı mənbə yaxın bir neçə saat ərzində bu istiqamətdə vəziyyətin dəyişə biləcəyini bildiriblər.

"Hamı bilir ki, Arayik Arutyunyanın "rəhbər" seçilməsi zamanı Oqanovskinin böyük rolu olub, o, Qarabağın keçmiş "rəhbərlərinə" yaxınlığı ilə seçilir. Bundan əlavə, o, Qarabağ müharibəsinin "qəhrəmanı"dır və onun həbsi daha bir qalmaqala səbəb olacaq. Bu həm də müharibə "qəhrəmanları"na qarşı siyasi təqiblərə başlanıldığı anlamına gələcək. Lakin mənbələrimiz bildirir ki, Ermənistan hüquq-mühafizə orqanları Qarabağdakı "rəhbərlər"ə təzyiq göstərir ki, bu da sonda belə bir həbsə səbəb oldu. Bu yaxınlarda Oqanovski Serj Sarkisyanla bir neçə dəfə meydana gəlib, məşəl yürüşündə iştirak edib. Onu Fransa meydanında da görüblər. İnsanları odlu silahla yaralayan şəxslər, Melikset Poqosyanın oğlu və hamilə qadını avtomobillə vurub öldürən polis, Xaçatur Sukiasyanın qardaşı azadlıqda gəzirsə, o zaman avtomobilin qapısına atəş açmış generalın türmədə yatması çətin ki, real ola bilər", - müəllif yazıb.

Qeyd edək ki, Karapetyan uzun illər işğal altında qalmış Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər, azərbaycanlıların, o cümlədən dinc əhalinin qətli, vandalizm və barbarlıqları ilə seçilib.

Hərbi cani olan Robert Köçəryanın da əsas silahdaşı sayılan bu general təkcə azərbaycanlıları deyil, erməniləri də amansızlıqla qətlə yetirib. İrəvanda 2008-ci ilin məşhur mart hadisələrinə görə məsuliyyət daşıyanların siyahısında Samvel Karapetyanın da adı var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   General   Həbs  





Xəbər lenti