"Sertifikatlaşmanın nəticələri müəllimlərin fəaliyyətinə təsir edə bilər" - Təhsil Nazirliyi
O bildirib ki, MİQ müəllim olmaq istəyən namizədlər arasında rəqabətin izlənilməsi deməkdir və nəticədə işə qəbul prosesi aparılır: "Getdikcə də bu rəqabət çoxalır. Yaxşıların içərisindən də ən yaxşıları seçilir. Yəni müəllimlər bir-biriləri ilə rəqabət aparır. Lakin təhsilverənlərin sertifikatlaşdırılması fərqlidir. Burada əsas məsələ müəllimlərin öz ixtisası üzrə minimal tələblərin ödənilməsi üçün imtahandan keçməsidir".
R.Əzizov vurğulayıb ki, sertifikatlaşdırılma zamanı əldə edilən nəticələr müəllimlərin gələcək fəaliyyətinə müəyyən mənada təsir edə bilər. Onun sözlərinə görə, uğur qazanan müəllimlər gələcəkdə metodist kimi vəzifələrə yüksələ bilərlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


