Ermənilər bir neçə istiqamətdə avtomitinq keçirirlər - CANLI

   Ermənilər bir neçə istiqamətdə avtomitinq keçirirlər -    CANLI
  12 May 2022    Oxunub:1665
Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyaları davam edir. AzVision.azxəbər verir ki, müxalifətin saat 12-də Yerjan-Şan avtomobil yolunda başlayan mitinqi keçirilir.
Xatırladaq ki, bundan öncə müxalifətin "Müqavimət" hərəkatının koordinatoru daşnak İşxan Saqatelyan bir deyil, bir neçə istiqamətdə avtomitinqlərin, o cümlədən etiraz aksiyalarının keçiriləcəyini və aksiyanın saat 16:00-da Fransa meydanında gözlənildiyini bildirmişdi.


Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti