Ermənistanda atışma: Yaralananlar var- VİDEO

      Ermənistanda atışma:    Yaralananlar var-    VİDEO
  12 May 2022    Oxunub:744
Ermənistanda bir neçə nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
"Xankəndidəki atışmaya görə general Karapetyan həbs edilib" - Erməni mediası
Qeyd edilir ki, silahlı şəxs Artaşat şossesində iki vətəndaşı öldürməyə cəhd edib.

"Güllə yarası alan zərərçəkənlər paytaxt klinikalarından birinə yerləşdiriliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq atəş açan şəxsin kimliyini müəyyənləşdirə bilib. Onun 1988-ci il təvəllüdlü İrəvan sakini olduğu məlum olub. Faktla bağlı Şenqavit inzibati ərazi dairəsi üzrə istintaq şöbəsində cinayət işi açılıb", - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistanda kriminogen durum əvvəlki illərlə müqayisədə daha da pisləşib. Yerli media bunun İkinci Qarabağ müharibəsindən sonra Qarabağdan gizli şəkildə ölkəyə silahların gətirilməsi ilə əlaqələndirir.

Xatırladaq ki, bir neçə gün öncə erməni general Xankəndidə gənclərə atəş açmışdı.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Atışma  





Xəbər lenti