İtaliya Ukrayna üçün yeni Marşal planı hazırlaya bilər

   İtaliya Ukrayna üçün yeni Marşal planı hazırlaya bilər
  12 May 2022    Oxunub:877
Ukraynanı bərpa etmək üçün İkinci Dünya Müharibəsindən sonra Avropa və ABŞ-ı yaxınlaşdıran plana bənzər “Marşal planı” lazımdır.
AzVision.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Mario Draqi bəyan edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Aİ ilə ABŞ arasında əlaqələri gücləndirib, Moskvanı təcrid edərək Çin üçün suallar yaradıb:

“Bu çağırışlar uzun müddət qalacaq. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik, Rusiyaya son sanksiyalar paketini təqdim etməliyik, amma atəşkəsə də nail olmalıyıq. Biz uzun müddət Ukraynaya kömək etməyə hazır olmalıyıq. Onun dağıdılmış şəhərləri, fabrikləri, dağıdılmış əkin sahələri böyük maliyyə inyeksiyaları tələb edəcək. Ukraynanın vaxtilə Avropa və ABŞ-ı bir-birinə yaxınlaşdıran Marşal Planı kimi öz Marşal Planına ehtiyacı var. Bizə ölkənin demokratik təsisatlarının qorunub saxlanmasına və gücləndirilməsinə zəmanət vermək lazımdır”, - Draqi bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti