"Paşinyan özünə əvəzləyici axtarır" - Zakaryan

   "Paşinyan özünə əvəzləyici axtarır" -    Zakaryan
  12 May 2022    Oxunub:796
Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan ölkədə yaranmış xaosa münasibət bildirib. O, yerli mediaya açıqlama verərək müxalifətin başlatdığı fasiləsiz etiraz aksiyalarının davamlı olmasını təqdir edib.
- Kapitulyant rejiminin panikası hər gün daha aydın görünür. Artıq demək olar ki, ölkədəki vəziyyətə hakimliyi xalq edır. Yayılmış söz-söhbətlərə görə, Nikol ya növbəti sənədə imza atıb Qarabağdan, anklavlardan tam imtina etmək məcburiyyətində qalacaq, ya da öz yerini kiminləsə əvəzləyib, bir siyasətçi tapıb getməyə məcbur olacaq. Hər iki halda o hər gün Fransız meydanına toplaşan "vətənpərvər" insanlardan qorxur. Yeni təslimçilik sənədinin imzalanması hər baxımdan onun sonu olacaq. Hətta baş nazirin komandasında da yeni kapitulyasiya sənədini imzalamaq üçün əvəzləyici tapmadığını deyirlər, - Zakaryan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti