Mitinqlərdə güc tətbiq edən erməni polislərə qarşı aksiya keçirilib - VİDEO

 Mitinqlərdə güc tətbiq edən erməni polislərə qarşı aksiya keçirilib -    VİDEO
  12 May 2022    Oxunub:1662
Müxalifətin Ermənistanda keçirdiyi mitinqlər zamanı etirazçılara güc tətbiq edən polislərlə bağlı etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, "Müqavimət" hərəkatının nümayəndələri Avropa İttifaqının İrəvandakı ofisi qarşısına toplaşaraq ölkədəki insan haqları pozuntusunu pisləyən şüarlar səsləndiriblər.
İrəvanda "qırmızı beretlilər" etirazçıların tərəfinə keçiblər
- Biz polis əməkdaşlarının güc tətbiq etməsini əks etdirən fotoşəkilləri özümüzlə gətirdik. Bura toplaşanlar soruşmaq istəyir ki, siz ölkəmizdə aparılan islahatları ona görə maliyyələşdirmisinizmi ki, bu Nikolun işçiləri haqqını tələb edənlərə qarşı belə güc tətbiq etsinlər?, - çıxış edən etirazçılardan biri səsgücləndirici ilə deyib. O, antidemokratik addımlara səssiz qalmamağı tələb edərək Aİ səfirinə müraciət ünvanlayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Polis   Aksiya  



Xəbər lenti