ABŞ Şimali Koreyaya COVID-19 peyvəndi göndərməyəcək

   ABŞ Şimali Koreyaya COVID-19 peyvəndi göndərməyəcək
  13 May 2022    Oxunub:845
Rəsmi Pxenyan ölkədə ilk koronavirusa yoluxma halının qeydə alındığını rəsmən elan etdikdən sonra Amerika Birləşmiş Ştatları Koreya Xalq Demokratik Respublikasına (KXDR) COVID-19 qarşı vaksinlər göndərməyi planlaşdırmır.
AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” agentliyi ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, KXDR beynəlxalq COVAX mexanizmi çərçivəsində peyvəndlərdən dəfələrlə imtina edib: “ABŞ-ın hazırda vaksinləri KXDR ilə bölüşmək planları olmasa da, biz ən həssas şimali koreyalılara mühüm humanitar yardım göstərmək üçün beynəlxalq səyləri dəstəkləməyə davam edirik”.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib. Hadisə ilə əlaqədar KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: COVID-19  



Xəbər lenti