Avropa Rusiya neftindən imtina edə bilmir

   Avropa Rusiya neftindən imtina edə bilmir
  13 May 2022    Oxunub:728
“Əminəm ki, Avropa İttifaqı ölkələri Rusiya neftinə embarqo qoyulması ilə bağlı razılığa gələ biləcəklər”.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib. Borrell iddia edir ki, indi Rusiyadan neft idxalına embarqoya razı olmayan Macarıstan hələ də Rusiyadan enerji asılılığından əl çəkməyin zəruriliyi ilə razılaşır.

Onun sözlərinə görə, hazırda Rusiya yanacağından dərhal imtinanın əleyhinə çıxış edən ölkələrin bunun üçün obyektiv səbəbləri var: “Sonunda razılığa gələcəyimizə əminəm, lakin bu o qədər də asan deyil. Konsensus elan etmək başqa, onu qurmaq başqa şeydir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:   Neft  



Xəbər lenti