İspaniyada 15 rusiyalı oliqarxın aktivləri aşkarlanıb

İspaniyada 15 rusiyalı oliqarxın aktivləri aşkarlanıb
  13 May 2022    Oxunub:298
İspaniya hakimiyyəti Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş 15 rusiyalı oliqarxa məxsus aktivləri müəyyən edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir. Ölkənin Baş Notariat Şurasının çirkli pulların yuyulmasına qarşı mübarizə şöbəsinin rəhbəri Mariano Qarsiya Fresno bildirib ki, aktivlər fevralın 24-də Ukraynaya hərbi müdaxilədən sonra, oliqarxların bəzi şirkətlərdəki səhmlərini qohumlarına və ya şəriklərinə keçirməyə cəhd edərkən aşkar edilib.

Aİ-nin sanksiya siyahısında olan təxminən 15 nəfər və onlarla əlaqəli daha 105 nəfər və ya onların ailə üzvlərinin yeri müəyyən edilib. Sanksiyaların hədəfində olan oliqarxların ən azı 10 İspaniya və 13 xarici şirkətdə payları var idi. Məlumatlar Maliyyə Nazirliyinə ötürüldükdən sonra sanksiya siyahısında olan 5 şəxslə əlaqəli 12 vəsait və bank hesabları, həmçinin üç lüks yaxta və 23 mülkün üzərinə həbs qoyulub.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Yaxta  







Xəbər lenti