Türkiyədə vətəndaşlıq almaq bahalaşdı

 Türkiyədə vətəndaşlıq almaq bahalaşdı
  13 May 2022    Oxunub:1098
Əcnəbilər ən azı 400 min dollar dəyərində daşınmaz əmlak aldıqları təqdirdə müstəsna şəkildə Türkiyə vətəndaşlığını ala biləcəklər.
AzVision.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı hökumətin “Resmi Gazete” qəzetində dərc olunub. Sənədə əsasən, qərar bir aydan sonra qüvvəyə minəcək. Əvvəllər Türkiyə vətəndaşlığını almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq lazım idi. Bu qanun 2010-cu ilin fevralından qüvvədədir.

Alınan daşınmaz əmlakın limitinin artırılması ilə bağlı qərarı Türkiyə hökuməti aprelin ortalarında qəbul edib. Eyni zamanda qeyd olunub ki, alınan daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən ən azı 3 il müddətində onu satmamaq və rəhbərliyə verməmək tələb olunacaq.

Keçən il maliyyə bazarlarındakı volatillik səbəbindən Türkiyədə əcnəbilər arasında əmlaka tələbat artıb. “Knight Frank” konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ildə İstanbul, Ankara və İzmir dünya mənzil qiymətləri indeksində lider şəhərlər siyahısına daxil olub.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Türkiyə   Ev  



Xəbər lenti