Babacanyan İrəvanı KTMT-dənsə, "NATO yolu" seçməyə çağırdı

   Babacanyan İrəvanı    KTMT-dənsə, "NATO yolu"    seçməyə çağırdı
  13 May 2022    Oxunub:859
Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan yerli mediaya diqqətçəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, Ukrayna müharibəsinin Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir işə yaramadığının bir daha sübuta yetirdiyini deyib.
Babacanyan NATO- ya daha çox maraq yaranmasına diqqət çəkib.

Erməni deputat Rusiya ordusunu qaloşla müqayisə etdi - VİDEO
- Təsəvvür edə bilirsinizmi ki, Ermənistan hərbi-siyasi alyansın bir hissəsidir, onun üzvlərindən biri bu təşkilatdakı digər müttəfiqləri ilə məsləhətləşmədən və ya onlara məlumat vermədən, fevralın 24-dən Ukraynada Qərbə qarşı faktiki müharibə aparır? Bu hələ hamısı deyil.

KTMT-nin rəsmi saytını açırsan və məlum olur ki, strukturun şurasının sonuncu iclası yalnız yanvarda baş tutub. Nə Rusiyanın davam edən müharibədə əsas rol oynadığı KTMT, nə də üzv dövlətlərin heç biri məlum proseslərə reaksiya vermədi, heç açıqlamalar da görmürük. Təbii ki, uzun müddət Rusiyanın müttəfiqi olan Belarusdan başqa.

Təsəvvür edin ki, bu struktur və üzv dövlətlər ayrı-ayrılıqda Rusiyanın Ukraynadakı müharibəsində maraqlı olmadığı vaxtda KTMT üzvü olan Ermənistan da birdən-birə hərbi eskalasiya vəziyyətinə düşür. Bu halda nə baş verəcək?

Əminəm ki, KTMT-yə üzv dövlətlər Rusiyanın Ukraynanın suveren ərazisindəki düşmənçilik xarakterli hərbi əməliyyatlarında maraqlı deyillər. Sadəcə olaraq, müttəfiq Rusiyanın qaçılmaz qlobal təcridinə gətirib çıxaran bu birtərəfli qərara heç bir şəkildə reaksiya vermək istəmirlər. Demək olar ki, bütün beynəlxalq platformalarda KTMT-yə üzv dövlətlərin Rusiya üçün verdikəri səsləri buna sübutdur, - Babacanyan deyib.

O qeyd edib ki, NATO-nun rəsmi saytını açanda KTMT-dəki fərqli mənzərənin şahidi olur. Elan edilmiş müharibə alyansın ərazisində aparılmasa da, NATO və üzv dövlətlər bu müharibəni hərbi quruma qarşı çağırış kimi qiymətləndiri.

- Fevralın 24-dən bu yana yüzlərlə yüksək səviyyəli sammitlər, ikitərəfli və çoxtərəfli görüşləri görürük və mövzu yalnız Ukrayna böhranıdır... Bundan başqa, Ukraynadakı müharibə NATO-nun dünyanın unikal aparıcı siyasi-hərbi alyansı kimi reputasiyasını kəskin şəkildə artırıb və dünyanın müxtəlif yerlərində bu təşkilata üzv olmayanların alyansa marağını xeyli artırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Babacanyan   NATO   Rusiya   KTMT  



Xəbər lenti