"Kortej işi"ndə anormal qərar: Qadını öldürən polis həbs edilmədi

 "Kortej işi"ndə anormal qərar:  Qadını öldürən polis həbs edilmədi
  13 May 2022    Oxunub:510
Bu günlərdə İrəvanda hamilə qadını avtomobillə vurub öldürən polis həbs olunmayacaq.AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Kortej qalmaqalı" böyüyür - Polis ölən qadını günahkar çıxardı - VİDEO
Saytlar İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyana istinad ediblər. Tadevosyan deyib ki, Ümumi Yurisdiksiya Məhkəməsi Sona Mnatsakanyan adlı vətəndaşın ölümünə səbəb olan polis mayoru Aram Navasardyanın həbs edilməməsi barədə qərar çıxarıb.

"Hakim Razmik Marikyan zərərçəkmiş tərəfin vəkili Raffi Aslanyanın Navasardyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini rədd edib. O, yenidən zaminə buraxılıb. Vəkil deyirdi ki, mərhumun atası Mnatsakan Mnatsakanyan qəzaya görə bütün günahkarların cəzalandırılmasını tələb etmək niyyətindədir",-məqalədə yazılıb.

Xatırladaq ki, aprelin 26-da baş nazir Nikol Paşinyanın kortejini müşaiyət edən yol polisinin maşını hamilə qadın, 28 yaşlı Sona Mnatsakanyanı vuraraq öldürüb. Sürücünün avtomobili saxlamayıb hadisə yerini tərk etməsi isə cəmiyyətdə məlum insidenti törədən polisə olan hiddəti birə beş artırmışdı. Polisə qarşı Ermənistan Cinayət Məcəlləsinin 242-ci (nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsinin 2-ci bəndi üzrə ittiham irəli sürülmüşdü. Maraqlıdır ki, polis hadisədə günahkar sayılmadı.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Polis  







Xəbər lenti