"İnsanı 8 saatdan artıq işlətmək olmaz" - Qüdrət Həsənquliyev

   "İnsanı 8 saatdan artıq işlətmək olmaz" -    Qüdrət Həsənquliyev
  13 May 2022    Oxunub:824
“Bizim əmək qanunvericiliyinə görə, insanı 8 saatdan artıq işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əməkhaqqı ödənilməlidir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlət orqanları bu məsələyə ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər:

“Fermerlərdə bu pozuntular daha çoxdur. Orada qadınların əməyi istismar edilir. Burada çiyələyin kiloqramını 5 manata satırlar. Amma bu fermer təsərrüfatında işləyən qadınları gündə 8 saatdan artıq işlədirlər, günorta yeməyini də vermirlər. onlara günə 8-10 manat pul verirlər. Bu da ayda 240 manat edir və minimum əməkhaqqından azdır

Bunu fermerlərin insafına buraxmaq olmaz. Hər kəsə hər saat işləməyinə görə əməkhaqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti