Britaniyada Qarabağ atlarının çıxışı möhtəşəm olub - FOTOLAR

 Britaniyada Qarabağ atlarının çıxışı möhtəşəm olub -  FOTOLAR
  13 May 2022    Oxunub:500
Mayın 12-də Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.
Atçılıq Federasiyasından AzVision.az -a verilən xəbərə görə, Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.



5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu” ta­ma­şasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.



13-15 may tarixlərində Azərbaycan heyətinin daha 3 çıxışı nə­zərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanal­larında və internet platformalarında canlı ola­raq təqdim olunacaq.





















AzVision.az

Teqlər: Atçılıq  







Xəbər lenti