Paşinyan qurduğu hökuməti avtomobilə bənzətdi

   Paşinyan qurduğu hökuməti   avtomobilə bənzətdi
  13 May 2022    Oxunub:848
Üç il ərzində dövlət idarəçiliyi mexanizminin öyrənilməsi və təhlili nəticəsində Ermənistan hökuməti bir çox problemlər aşkarlayıb. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, idarəetmə sistemini avtomobillə müqayisə edib.

- Biz bu avtomobilin əlavə və çatışmayan hissələrinin olduğunu, onun müasir tələblərə cavab vermədiyini, həm sürücülər, həm də sərnişinlər üçün əlverişsiz olduğunu, bəzən kifayət qədər sürət qazanmadan daha çox benzin xərclədiyini, bəzən əyləclərin işləmədiyini, bəzən döngələrdə problem yarandığınır və s, aşkarlamışıq. Hərçənd bunu əvvəllər bilirdik, - Paşinyan deyib.

Onun sözlərinə görə bu problemləri həll etmək üçün hökumətin cümə günü keçirilən iclasda təsdiqlədiyi 2022-2024-cü illər üçün “Dövlət İdarəçiliyində İslahat Strategiyası” hazırlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti