BƏƏ-nin Prezidenti vəfat edib

   BƏƏ-nin Prezidenti vəfat edib
  13 May 2022    Oxunub:387
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. O, 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1948-ci ildə anadan olan Xəlifə bin Zayed Al Nəhyan ənənəvi ailə tərbiyəsi və təhsili alıb. O, atası ilə birlikdə ictimai işləri öyrənib. 1966-cı ildə Əbu-Dabi Əmirliyinin Şərq Dairə Məhkəməsinin, 1969-cu ildə Əbu-Dabinin vəliəhd şahzadəsi və əmirliyin müdafiə departamentinin rəhbəri olub. O, Əbu-Dabi Müdafiə Qüvvələrinin yaradılması ilə məşğul olub, onun əsasında sonradan BƏƏ silahlı qüvvələri yaradılıb. 1971-1974 - Əbu-Dabinin baş naziri, müdafiə və maliyyə naziri vəzifəsində işləyib.

2004-cü il noyabrın 2-də atasının ölümündən sonra Şeyx Xəlifə Əbu-Dabi hökmdarı postuna keçib, daha sonra BƏƏ Ali Şurasının üzvü olub.2004-cü il noyabrın 3-də BƏƏ-nin Ali Şurası Xəlifə bin Zayed Əl Nəhyanı beş il müddətinə ölkə prezidenti seçib.

AzVision.az

Teqlər:







Xəbər lenti