AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb. Məlumata görə, etirazlar əsas Loristan əyalətinin Burucard və Durud şəhərlərində, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan şəhərlərində, Kohquluye və Boyer-Əhməd əyalətlərində keçirilib.
Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib, aksiyanı dağıtmaq üçün atəş açıb. İran mediasının məlumatına görə, ötən gecə aksiyalarda 22 nəfər saxlanılıb. Bildirilir ki, aksiya keçirilən şəhərlərdə internet məhdudlaşdırılıb.
AzVision.az