Ukraynada ölən uşaqların sayı açıqlandı

Ukraynada ölən uşaqların sayı açıqlandı
  14 May 2022    Oxunub:711
Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində indiyədək xəsarət alan uşaqların ümumi sayı isə 647-ə çatıb.
AzVision.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb. Müharibə başlayandan 227 uşaq ölüb, 420 uşaq güllə və qəlpə yarası alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti