Türkiyədən İsveç və Finlandiyaya PKK şərti

   Türkiyədən İsveç və Finlandiyaya PKK şərti
  14 May 2022    Oxunub:1791
“İsveç və Finlandiya terror təşkilatı olan PKK ilə münasibətlərinə yenidən baxmalıdır”.
AzVision.az xəbər verir ki bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə parlamentinin üzvü Efkan Ala bildirib. Onun sözlərinə görə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyi çox aydın və başa düşüləndir:

“Bu ölkələr PKK-nın terrorçu ünsürləri ilə münasibətlərinə çox aydın şəkildə yenidən baxmalı və buna son qoymalıdırlar. Türkiyənin də illərdir üzləşdiyimiz terror problemi var. Və belə bir fikir var ki, bu problem bu ölkələr tərəfindən yetərli səviyyədə qəbul edilmir, ona lazımi əhəmiyyət verilmir”.

Türkiyəli siyasətçi isveçli nazir bu yaxınlarda PKK-nın təşkil etdiyi tədbirdə iştirak edib: “Biz həmin ölkələrin təhlükəsizlik məsələlərini qəbul etdiyimiz kimi, onların da bizim təhlükəsizliklə bağlı problemlərimizi ciddi qəbul etmələrini gözləyirik”.

Aprelin əvvəlində Finlandiyanın NATO-ya daxil olması ilə bağlı müzakirələr intensivləşib. Alyansın əsas üzvləri bu fikri dəstəkləyiblər. Finlandiya parlamentinin üzvlərinin əksəriyyəti üzvlüyün lehinə idi. İsveç də bu ehtimalı nəzərdən keçirir. Hakim Sosial Demokrat İşçi Partiyası mayın 15-də NATO-ya daxil olmaq barədə qərar verəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: NATO   Türkiyə  





Xəbər lenti