Bayden yenə Kamala Harrisi Prezident adlandırdı - VİDEO

   Bayden yenə Kamala Harrisi Prezident adlandırdı -    VİDEO
  14 May 2022    Oxunub:445
ABŞ Prezidenti Cozef Bayden ABŞ - Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammitində çıxışı zamanı növbəti dəfə ölkənin vitse-prezidenti Kamala Harrisi Prezident adlandırıb. AzVision.az xəbər verir ki, Bayden bundan əvvəl, Atlanta Universitet Mərkəzində çıxışı zamanı da Kamala Harrisi vitse-prezident deyil, Prezident adlandırıb.
“Hind-Sakit okeanı regionu azad, açıq, sabit və çiçəklənən regiondur. Məhz buna görə Prezident Harrisdən ötən ilin avqustunda bu regiona səfər etməsini istədim”, - deyə Bayden bildirib.



İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: ABŞ   Bayden  







Xəbər lenti