Son sutkada 300 rus hərbçisi öldürülüb

   Son sutkada    300    rus hərbçisi öldürülüb
  14 May 2022    Oxunub:1179
Ukrayna mediası Rusiya ordusunun verdiyi yeni itkilər barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Silahlı Qüvvələrin Baş Qərargahına istinad ediblər.
Bildirilir ki, fevralın 24-dən mayın 14-dək düşmənin ümumi döyüş itkiləri xeyli artıb.

"Məhv edilən şəxsi heyət təxminən 27 200 (+300-son sutkada əlavə olunanalar), tanklar - 1218 (+13) ədəd, zirehli döyüş maşınları - 2934 (+34) ədəd, artilleriya sistemləri - 551 (+9) ədəd, MLRS - 195 (+2), hava hücumundan müdafiə sistemləri - 88 ədəd, təyyarə - 200 ədəd, helikopterlər - 163 (+1) ədəd, əməliyyat-taktiki səviyyəli PUA-lar - 411 (+6), qanadlı raketlər - 95, gəmi və ya qayıqlar - 13, ədəd, avtomobil avadanlığı və yük maşınları - 2059 (+17) ədəd, xüsusi avadanlıq - 42 (+1) təşkil edilib. Düşmən son sutka ərzində ən böyük itkiləri Slavyan və Baxmut istiqamətlərində verib. Məlumatlar dəqiqləşdirilir", - məlumatda deyilir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti