Yüzlərlə nəhəng, müəmmalı çuxur aşkarlandı - FOTO

  Yüzlərlə nəhəng, müəmmalı çuxur aşkarlandı - FOTO
  14 May 2022    Oxunub:2088
Arxeoloqlar məşhur "Stounxenc" sütunları ətrafında böyük çuxurlardan ibarət müəmmalı "şəbəkə" aşkarlayıblar. AzVision.az xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb.
Qeyd edilir ki, elm adamlarının tapdığı çuxurların hər birinin eni 2,4 metrdən çoxdur və onların sayı yüzlərlədir. Ehtimal edilir ki, çuxurların bəziləri min illər əvvəl insan əli ilə yaradılıb. Onların ən qədim və ən böyüyünün eni 3 metrdən, dərinliyi isə 1,85 metrdən çoxdur.

"Bu böyük çuxurların nə üçün istifadə edildiyi dəqiq məlum deyil, lakin tədqiqatçılar onların "Stounxenc"in uzunmüddətli mərasim quruluşları ilə əlaqəsi olduğundan şübhələnirlər", - məqalədə yazılıb.

Bildirilir ki, çuxurlar təxminın eramızdan əvvəl 8000-ci illərdə yaradılıb. Onların totem dirəklərlə əlaqəli şəkildə ov ayinləri, ayın izlənməsi proseslərində istifadə edilməsi ehtimalı daha çox irəli sürülür.

"Avropanın şimal-qərbində ən böyük erkən mezolit çuxurunun tapılması göstərir ki, bu, məlum ilk sütunlar ucaldılmadan min illər əvvəl ovçu-yığıcı icmalar üçün xüsusi yer olub", - alimlər deyib.

Qeyd edək ki, "Stounhec" dirəkləri təxminən 5000 il əvvəl tikilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Arxeoloq   Çuxur   Sütun  





Xəbər lenti