Yeni xəstəlik yayılır: "Meymun çiçəyi"

   Yeni xəstəlik yayılır:    "Meymun çiçəyi"
  14 May 2022    Oxunub:2780
Böyük Britaniyada daha iki nəfərdə "meymun çiçəyi" xəstəliyinə yoluxma faktı aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Agentliyi (UKHSA) açıqlama yayıb.
"Bu xəstələr eyni evdə, birlikdə yaşayırlar. Onların mayın 7-də elan edilmiş əvvəlki təsdiqlənmiş fakta aidiyyəti yoxdur. Bu xəstələrin harada və necə yoluxmaları araşdırma mövzusu olaraq qalır", - məlumatda deyilir.

Britaniya Səhiyyə Agentliyi onu da qeyd edib ki, "meymun çiçəyi"nə yoluxmuş xəstələrdən biri hazırda London xəstəxanalarından birinin yoluxucu xəstəliklər üzrə şöbəsində tibbi yardım alır. İkinci xəstə isə təcrid olunub və stasionar müalicə tələb etmir.

Xatırladaq ki, mayın 7-də britaniyalı həkimlər İngiltərədə bu xəstəliyə ilk yoluxma halı barədə məlumat vermişdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Xəstəlik  



Xəbər lenti