Təsdiqləndi: Marsda qızıl dağı var – FOTOLAR+VİDEO

      Təsdiqləndi:    Marsda qızıl dağı var –    FOTOLAR+VİDEO
  14 May 2022    Oxunub:2571
İki il əvvəl məşhur virtual arxeoloq Skott Uarinq (Scott C. Waring) Google Mars xəritələrini araşdırarkən qırmızı planetdə qızıl tapdığını bəyan etmişdi. O, Lomonosov kraterini əhatələyən və Günəşin işığında bərq vuran sarımtıl kütlənin məhz qızıl olduğunu bildirirdi.

Həmin kraterin ətrafındakı “qızıl” hesab olunan maddə 12 kilometr uzunluğunda və 3,5 kilometr enində ərazini əhatə edir. Arxeoloqun fikrincə, qızıl planetin dərinliyində olub.


Vaxtilə Lomonosov kraterinə zərblə dəyən asteroid isə onu səthə çıxarıb. Kraterin diametri 120 km, koordinatları 65°10'23.32"N və 8°14'19.28" W-dir.


Bəzi ekspertlər “hər parıldayan qızıl deyil” atalar sözündən çıxış edərək, həmin sarı kütlənin kükürd ola biləcəyini iddia edirdilər. Amma bu yaxınlarda Pekin Universitetindən doktor Yan Lyu “Çjujun” Mars aparatının üzərindəkı lazer və spektrometr ilə süxurları analiz edib.


Onun gəldiyi qənaətə görə, kraterin ətrafındakı maddə kükürd yox iki variantdan biridir: ya qızıl, ya da pirit.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Mars  





Xəbər lenti