Artilleriyaçıları həyətlərdə maskalanan rusları vurdu - VİDEO

   Artilleriyaçıları həyətlərdə maskalanan rusları vurdu -    VİDEO
  14 May 2022    Oxunub:982
Ukrayna mediası Rusiya artilleriyaçılarına qarşı həyata keçirilən uğurlu əməliyyat barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar döyüş əməliyyatını əks etdirən videonu dərc ediblər.
Qumbaranı səngərə zərgər dəqiqliyi ilə atdı - VİDEO
"Milli Qvardiya bəyan edir ki, işğalçılar ukraynalıların evlərinin yaxınlığında texnika və sursatlarını gizlətməkdə, orada öz mövqelərini yerləşdirməkdə və ən pisi isə Xarkov vilayətinin dinc ərazilərini atəşə tutmaqda davam edirlər.

Yayılan bu görüntülərdən də aşkar sezilir ki, işğalçılar ənənələrinə sadiq qalaraq top atəşi üçün mövqeni mülki obyektlərdən birinin- kiminsə şəxsi malikanəsinin həyətini seçiblər. Onlar atəş açıb evdə gizlənirlər. Lakin peşəkar artilleriyaçılarımız sərrast atəş açaraq işğalçıların sursatlarını və gizləndikləri mövqeni dəqiq vura bilirlər", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Artilleriya  





Xəbər lenti