Hərbi canilərin yeni ittifaqı dezinformasiya imiş

     Hərbi canilərin   yeni ittifaqı dezinformasiya imiş
  14 May 2022    Oxunub:1426
Dünən Hərbi canilər Robert Köçəryan və Serj Sarkisyanın görüşərək müxalifətin aksiyalarını müzakirə etməsi, onların yeni ittifaq yaratmaları barədə məlumat yayıldı. Erməni mətbuatında gündəmə çevrilmiş bu xəbərə Serj Sarkisyanın ofisi bu gün reaksiya verib.
Ofisin bəyanatında qəti şəkildə bildirilir ki, eks-prezidentlərin qəfl görüşü barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

"Bu dezinformasiyadır. Belə bir görüş olmayıb. Əgər bu baş tutsaydı belə, təbii ki, görüş "Müqavimət" hərəkatının gələcəyini həll edə bilməzdi", - bəyanatda deyilir.

Xatırladaq ki, mətbuat Robert Köçəryan və Serj Sarkisyanın cümə günü axşam saatlarında görüşdüyünü yazmışdı. Qeyd edilirdi ki, onlar uzun müddət söhbət aparıblar, gələcək prezidentliyə namizədi, müxalifətin mübarizəsinin bundan sonrakı gedişatını müzakirə edərək ortaq məxrəcə gəliblər. Bu "görüş" Köçəryan-Sarkisyan cütlüyünün Paşinyana qarşı birləşməsi kimi də qiymətləndirilib.

Qeyd edək ki, Robert Köçəryanla Serj Sarkisyan keçmişdə eyni klanın rəhbərləri, yaxın dost olsalar da, son illər onların arasında soyuqluq yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan   Köçəryan  





Xəbər lenti