Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

   Kəlbəcər istiqamətində  mövqelərimiz atəşə tutuldu
  14 May 2022    Oxunub:703
Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər: Kəlbəcər  



Xəbər lenti