Rusiya prezidenti Finlandiyaya xəbərdarlıq etdi

   Rusiya prezidenti Finlandiyaya xəbərdarlıq etdi
  14 May 2022    Oxunub:1863
Rusiya prezidenti Vladimir Putin finlandiyalı həmkarı Sauli Niinistö ilə telefonla danışıb. AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət başçıları Finlandiyanın NATO-ya üzv olmaq niyyətləri fonunda “açıq fikir mübadiləsi aparıblar”.

Putin deyib ki, “ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək yanlışlıq olardı. Çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur”.

"Ölkənin xarici siyasətində bu cür dəyişiklik uzun illər ərzində mehriban qonşuluq və tərəfdaşlıq ruhunda qurulan və qarşılıqlı faydalı olan Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər”, - Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, son günlər Finlandiya və İsveç hakimiyyətləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda uzunmüddətli neytrallıqdan imtina etmək və NATO-ya üzv olmaq imkanlarını nəzərdən keçirirlər. Alyansın rəhbəri Yens Stoltenberq bildirib ki, NATO Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacaq və onlara tez bir zamanda quruma qoşulmaq imkanı veriləcək. Birləşmiş Ştatlar da bu qərarı alqışlayır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   NATO  



Xəbər lenti