Almaniya XİN: "Biz artıq "aclığın gözlərinə" baxmalıyıq"

      Almaniya XİN:    "Biz artıq "aclığın gözlərinə" baxmalıyıq"
  14 May 2022    Oxunub:1707
Ukraynadakı vəziyyətin yaratdığı ərzaq fəlakətinin nəticələri artıq bu gün hiss olunur. AzVision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok G7 xarici işlər nazirlərinin görüşünün yekunlarına dair brifinqdə deyib.
- Söhbət bir neçə aydan sonra başlayacaq aclıq fəlakətinin qarşısını almaqdan getmir. Biz artıq bu vəziyyətin təsirini bu gün hiss edirik. Çünki onsuz da Ukraynadakı duruma görə bütün insanları təmin etməkdə inanılmaz problemlərimiz var. Biz artıq aclığın gözlərinə baxmalıyıq, - nazir deyib.

O, əlavə edib ki, problemi həll etməyin ən yaxşı yolu Ukraynadakı vəziyyəti sabitləşdirməkdir. Nazirin fikrincə, bu, taxıl bazarında və ərzaq qiymətlərində vəziyyətin normallaşmasını təminat verəcək. Bundan əlavə, nazir Rusiyanın “taxıl müharibəsi” apardığını iddia edib.

- Məni və hamımızı xüsusilə ərzaq təhlükəsizliyi narahat edir və bu, G7-nin görüşündə mühüm mövzu idi. Rusiyanın sərgilədiyi davranışlar səbəbindən tədarüklər azalır. Qiymətlər təkcə bizdə deyil, bütün dünyada qalxır. Şiddətli aclıq təhlükəsi var, - Berbok gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya   Aclıq  



Xəbər lenti