Azərbaycan Prezidenti: “Biz Türkiyə ilə həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”

      Azərbaycan Prezidenti:    “Biz Türkiyə ilə həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik”
  14 May 2022    Oxunub:1232
“Bu gün də biz bir yerdəyik, Qarabağın inşasında bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur. Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”.
AzVision.az -ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib. İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir:

“Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il bizim tarixli və qədim şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlham-Əliyev  



Xəbər lenti