İlham Əliyev: “Rize Türk dünyasına böyük lider Rəcəb Tayyib Ərdoğanı bəxş edib”

      İlham Əliyev:    “Rize Türk dünyasına böyük lider Rəcəb Tayyib Ərdoğanı bəxş edib”
  14 May 2022    Oxunub:1461
"Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşidmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir".
AzVision.az -ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsünkar təbiəti böyük sərvətdir. “Amma ən böyük sərvət bu bölgənin insanlarıdır, mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara! Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm.

Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş edib. Buna görə sizə minnətdarıq. Bütün Türk Dünyası sizinlə fəxr edir. Bir daha sizi bu gözəl hadisə, hava limanının açılışı münasibətilə təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan Birliyi” - Prezident vurğulayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti