Lavrov: "Rusiyanın Şərq ölkələri ilə daha da yaxınlaşması labüddür"

 Lavrov:  "Rusiyanın Şərq ölkələri ilə daha da yaxınlaşması labüddür"
  14 May 2022    Oxunub:789
"Rusiyanın Çin, Hindistan və digərləri kimi keçmiş “qızıl milyard”dan kənar ölkələrlə daha da yaxınlaşması qaçılmaz prosesdir və qarşılıqlı xarakter daşıyır".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının 30-cu assambleyası zamanı deyib

Lavrov qeyd edib ki, Rusiya-Çin münasibətləri öz tarixinin ən yaxşı səviyyəsindədir, Hindistanla xüsusi imtiyazlı strateji tərəfdaşlıq dərinləşir:

"Əlcəzair, Misirlə strateji tərəfdaşlıq, Fars körfəzi ölkələri ilə əlaqələr yeni səviyyəyə yüksəlir. Eyni şey Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Asiya-Sakit okean regionunun digər ölkələri, Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası ilə bağlı da baş verir. Biz bilirik ki, indiki kritik mərhələdə Rusiyanın və bütün digərlərinin dünya düzəninin gələcək arxitekturasında yeri müəyyənləşir. Qərb siyasətçiləri başa düşməlidirlər ki, onların Rusiyanı təcrid etmək cəhdləri məhvə məhkumdur”, deyə Rusiya XİN başçısı vurğulayıb.

AzVision.az



Teqlər: Lavrov   Şərq-Ölkələri  





Xəbər lenti