"Fəvvarələr bağı"nda aksiya keçirildi - Rəsmi açıqlama

 "Fəvvarələr bağı"nda aksiya keçirildi -  Rəsmi açıqlama
  14 May 2022    Oxunub:514
Bu gün günorta saatlarında Bakıda bir sıra fəallar aksiya keçirib. Bir saata yaxın davam edən aksiyada bir sıra şüarlar səsləndirilib.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, aksiya zamanı hər hansı insident yaşanmayıb.

“Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”, - məlumatda qeyd olunub.

AzVision.az

Teqlər: Bakı   Aksiya  







Xəbər lenti