Qərb İranı öz tərəfinə çəkir: Rusiya neftinə daha bir zərbə

      Qərb İranı öz tərəfinə çəkir:    Rusiya neftinə daha bir zərbə
  14 May 2022    Oxunub:1144
Avropa İttifaqı İranla danışıqları bərpa edib.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib. Onun sözlərinə görə, danışıqlar saziş imzalanması və bir sıra sanksiyaların ləğvi ilə başa çatmalıdır.

"Danışıqlar mart ayında dayandırılmışdı. Tehran, İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın terror təşkilatları siyahısından çıxarılmasını və ona qarşı sanksiyaların qaldırılmasını tələb edirdi. İran və Rusiya yaxşı dostdurlar, amma görək neft rəqabəti başlayanda da dost qala biləcəklərmi?".

Vyana danışıqlarında İranın nümayəndə heyətinin sədri Məhəmməd Mərəndi jurnalistlərə açıqlamasında isə deyib ki, ABŞ-la Birgə Hərtərəfli Fəaliyyət Sazişi imzalanarsa da, Tehran neft bazarında Moskva ilə rəqabət aparmaq niyyətində deyil. Onun sözlərinə görə, İranın çoxdan daimi müştəriləri var və elə bu gün də maksimum miqdarda neft satır: "Əgər razılaşma əldə olunarsa, satışlar elə də artmayacaq"

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti