Stoltenberq Finlandiya və İsveçin XİN başçıları ilə danışıb

Stoltenberq Finlandiya və İsveçin XİN başçıları ilə danışıb
  14 May 2022    Oxunub:1357
NATO Baş katibi Yens Stoltenberq Finlandiya Prezidenti Sauli Niinistö, xarici işlər naziri və İsveç xarici işlər naziri Ann Linde ilə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

"Berlində keçiriləcək NATO müttəfiqlərinin xarici işlər nazirlərinin görüşü qabağı Finlandiya Prezidenti Sauli Niinisto, xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde ilə danışdım. Finlandiya və İsveç bizim ən yaxın tərəfdaşlarımızdır və biz onların üzvlük üçün mümkün müraciətləri ilə bağlı son vəziyyəti müzakirə etdik. NATO-nun genişlənməsi tarixi uğurdur", Stoltenberq qeyd edib.

AzVision.az



Teqlər: NATO   Finlandiya   İsveç  





Xəbər lenti