ABŞ-da supermarketdə atışma olub, tələfat var

ABŞ-da supermarketdə atışma olub, tələfat var
  14 May 2022    Oxunub:893
ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma olub.
AzVision.az xəbər verir ki, bu barədə "BNO News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, azı 9 nəfər başından güllə yarası alıb. İki yaralının mağazanın qarşısında öldüyü, digərlərinin bölgə xəstəxanasına aparıldığı bildirilir.

Atəş açan şəxsin yaralandığı güman edilir. Onun saxlanılıb-saxlanılmaması ilə bağlı hələlik heç bir məlumat yoxdur.

AzVision.az



Teqlər: ABŞ   Supermarket   Atışma  





Xəbər lenti