"Cəsarətimiz dünyanı heyran edir" - Zelenskidən qələbəyə reaksiya

 "Cəsarətimiz dünyanı heyran edir" -    Zelenskidən qələbəyə reaksiya
  15 May 2022    Oxunub:1180
Xəbər verdiyimiz kimi, İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi Ukrayna olub.

AzVision.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bununla bağlı post paylaşıb.
“Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir!

Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir. Və inanıram - sonuncu deyil.

Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək.

Azad, dinc, yenidən qurulmuş!

“Kaluş” qrupunu qalib edən və bizə səs verən hər kəsə təşəkkür edirik!

Əminəm ki, düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil”, - deyə paylaşımda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti