Rusiya Lvova raket zərbəsi endirdi

   Rusiya Lvova raket zərbəsi endirdi
  15 May 2022    Oxunub:910
Rusiya ordusu Lvov vilayətindəki hərbi infrastruktur obyektlərindən birinə raket zərbəsi endirib. Bu barədə Telegramda Lvov Regional Hərbi Administrasiyasının sədri Maksim Kozitski məlumat verib.
"Lvov vilayətinin sakinləri! Bu gün, mayın 15-i, saat 04:30 radələrində hərbi infrastruktur obyektlərindən birinə raket hücumu olub. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Hücumun xarakteri və dağıntılar barədə dəqiqləşdirmə aparılır”, - Kozitski bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti