Türkiyədə dənizin rəngi dəyişib qırmızı oldu - FOTO

   Türkiyədə dənizin rəngi dəyişib qırmızı oldu -    FOTO
  15 May 2022    Oxunub:399
Türkiyənin İstanbul şəhərinin Qara dəniz sahillərində dəniz suyunun rəngi getdikcə narıncı və qırmızı rəngə çevrilib.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Arnavutköyün Karaburun çimərliyində qeydə alınıb.

Ətrafdakı insanlar dənizə boya töküldüyünü zənn edərək vəziyyəti səlahiyyətlilərə çatdırıblar.

Xəbərdarlığa əsasən çimərliyə gələn heyət dənizdən nümunələr götürüb. Nümunələr Mərmərə Araşdırma Mərkəzinə göndərilib.

AzVision.az

Teqlər:







Xəbər lenti