Sibel Canın konsertində şəhidlərimiz anıldı

   Sibel Canın konsertində şəhidlərimiz anıldı
  15 May 2022    Oxunub:692
Türkiyənin məşhur müğənnisi Sibel Can Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
AzVision.az xəbər verir ki, Sibel Can konsertdə Qarabağ zəfərinə görə Azərbaycan xalqını təbrik edib.

“Hörmətli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla, Qarabağın işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Zəfəriniz zəfərimizdir. Qarabağ Azərbaycandır!”.

Müğənni konsertində şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini istəyib. Daha sonra şəhidlərimiz sükutla anılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti