Rəşad Dağlı üzr istədi - VİDEO
“Masallıda toyların birində meyxanaçı Rəhmanla deyişməmiz olub. Əvvəlki toyların birində Rəhman mənə bir bənd meyxana demişdi, bu toyda da onu xatırlatdı. Mən də ona cavab vermişəm. Sözün bədahətən olmasına görə fikrimi düzgün çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub.
Məni tanıyanlar bilir, seyid nəslindənəm, bu yolun tərəfdarıyam, Məşhəd və Kərbəla ziyarətlərində olmuşam, həmişə çalışmışam, dini təbliğ edim. Qardaşlarım bilsinlər ki, heç də həmin tərbiyədə, əxlaqda deyiləm, üzrxahlığımı qəbul etsinlər”, - deyə meyxanaçı bildirib./Metbuat.az
AzVision.az
Teqlər: