NATO-nun baş katibi Ukraynaya hərbi yardımı artırmağa çağırdı

NATO-nun baş katibi Ukraynaya hərbi yardımı artırmağa çağırdı
  15 May 2022    Oxunub:331
"NATO müttəfiqləri tərəfindən Ukraynaya hərbi yardım artırılmalıdır". AzVision.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Müttəfiqlər Ukraynaya milyardlarla dollar dəyərində təhlükəsizlik sahəsində yardım göstəriblər.

Ötən illər ərzində NATO və alyans üzvləri on minlərlə hərbçiyə təlim keçib. Bütün bunlar döyüş meydanlarında vəziyyətə təsir edir. Biz Ukraynaya hərbi yardımı artırmağa davam etməliyik”, - deyə o bildirib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti