İsveç NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib

   İsveç NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib
  15 May 2022    Oxunub:749
İsveç rəsmi olaraq NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib. Bu barədə hakim Sosial Demokrat Partiyasının bəyanatında deyilir.
"Sosial Demokratlar Partiyasının İdarə Heyəti qərara gəlib ki, partiya İsveçin NATO-ya üzvlük üçün müraciət etməsi ilə bağlı iş aparacaq",- deyə bildirilib.

Qeyd edək ki, Finlandiya da NATO-ya üzvülük üçün rəsmi qərar qəbul edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti