Kadırovdan Ərdoğana: " Onlar qatil və ateistdirlər"

  Kadırovdan Ərdoğana:   " Onlar qatil və ateistdirlər"
  15 May 2022    Oxunub:1060
Çeçenistan lideri Ramzan Kadırov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

“Müsəlman ölkəsi olan Türkiyənin Ukraynaya Bayraktar pilotsuz uçuş aparatlarını tədarük etməsi ilə bağlı xəbər Rusiya müsəlmanlarını kədərləndirdi. İndi təsəvvür edin ki, onlar Türkiyənin islamın qızğın əleyhdarlarını və ləkələyənlərini evakuasiya etməyə hazır olması barədə mesajı necə kəskin qəbul ediblər?”, - Kadırov deyib .
O, Prezident Rəcəb Tayyib Ərdoğana müraciətində bildirib:

"Sizə Rusiya təcavüzünün günahsız qurbanları kimi təqdim edilən azovlular qatil və ateistdirlər. Sizin köməyinizlə mühakimə və layiqli cəzadan yayınmaq istəyən cinayətkarlar tərəfindən aldanmağa imkan verməyin "-, o qeyd edib.

Qeyd edək ki, Türkiyə Ukraynanın Mariupol şəhərindəki "Azovstal" zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə hazır olduğunu bildirib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Reuters"ə müsahibəsində Türkiyənin bunu Ukrayna və Rusiya tərəfi ilə müzakirə etdiyini, lakin Moskvanın razılaşmadığını deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti