ABŞ İsveçin NATO-ya üzvlüyünü avqusta qədər təsdiqləyəcək

   ABŞ İsveçin NATO-ya üzvlüyünü avqusta qədər təsdiqləyəcək
  16 May 2022    Oxunub:516
ABŞ-ın İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etmək üçün avqusta qədər vaxtı olacaq.
AzVision.az xəbər verir ki, bunu Stokholma səfəri zamanı ABŞ Konqresinin Senatında respublikaçıların lideri Mitç Makkonel deyib.

“İsveçin NATO-ya müraciətini gözləyərkən, bunun nə qədər vaxt aparacağı açıq sualdır. ABŞ-da biz bunu əvvəlki müraciətlərdən daha sürətli edəcəyik və ümid edirik ki, avqusta qədər bunu təsdiqləyə biləcəyik. Digər NATO ölkələri bunu daha tez edə bilər. Əminik ki, o, həm Senatda, həm də Nümayəndələr Palatasında təsdiqlənəcək”, o, “Es-ve-te” telekanalına müsahibəsində bildirib.

Amerikalı siyasətçinin fikrincə, Finlandiya və İsveçin NATO-ya qoşulması üçün ABŞ müqaviləni ratifikasiya etmək üçün birinci sırada olmalıdır, çünki bu şimal ölkələri alyansın hərbi və strateji gücünə töhfə verəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti