Ermənistanda 4 yolda etiraz yürüşü keçirilir - CANLI

   Ermənistanda 4 yolda etiraz yürüşü keçirilir -  CANLI
  16 May 2022    Oxunub:595
Ermənistan müxalifəti səhər saatlarından başlayaraq etiraz yürüşünə başlayıb. AzVision.az xəbər verir ki, polis Aştarak yolundan avtomobillərlə başlayan yürüşün İrəvana keçməsinə imkan verməyib.
Mitinq iştirakçıları etiraz əlaməti olaraq avtomobilləri saxlayaraq Şiraz küçəsində hərəkəti iflic etmək qərarına gəliblər.
Yerli media yazır ki, danışıqlardan sonra avtoyürüş davam edib. Hazırda avtomobillər dörd istiqamətdən İrəvana doğru hərəkət edir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti