İsveç NATO yolunda: Türkiyəyə nümayəndə göndərir

      İsveç NATO yolunda:    Türkiyəyə nümayəndə göndərir
  16 May 2022    Oxunub:641
İsveç hökuməti krallığın NATO-ya mümkün daxil olması ilə bağlı mövcud anlaşılmazlıqları aradan qaldırmaq üçün Türkiyəyə nümayəndələr göndərəcək.
AzVision.az xəbər verir ki, bunu “SVT” telekanalı müdafiə naziri Peter Hultkvistə istinadən məlumat yayıb.

“Biz Türkiyə ilə müzakirələr və dialoq aparacaq bir qrup məmur göndərəcəyik, görəcəyik ki, bu məsələ necə həll olunacaq, əslində nə var. Amma NATO-dan aldığımız siqnallar ondan ibarətdir ki, həm İsveç, həm də Finlandiyanın alyansa qəbul edilməsinə dair razılıq var” - deyə, o bildirib.

Bazar ertəsi İsveç parlamenti NATO-ya üzvlük məsələsini müzakirə edəcək və hökumət alyansa daxil olmaq üçün ərizəni təsdiqləmək üçün bir araya gələcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO  





Xəbər lenti