Ukraynada 229 uşaq öldü

Ukraynada 229 uşaq öldü
  16 May 2022    Oxunub:605
Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində indiyədək 647 uşaq xəsarət alıb.
AzVision.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb. Qeyd olunub ki, müharibə nəticəsində 229 uşaq ölüb, 421 uşaq güllə və qəlpə yarası alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti